Bu günlərdə yerkökü tərəvəzinin xərçəng xəstəliyini tamamilə sağaltması barədə məlumatlar yayıldı. Belə ki, çoxsaylı uşaq kitablarının müəllifi Enn Kameron bağırsaq xətəliyinin üçüncü mərhələsində olarkən yerkökü şirəsindən istifadə etdiyini və tamamilə sağaldığı barədə “Kökün köməyi ilə xərçəngin müalicəsi” adlı kitabını nəşr edib.

Dünyaca məşhur yazıçı Enn Kameron kitabında yoğun bağırsağında xərçəngin olmasını eşitdikdə bərk sarsıldığını, xəstəliyinin dördüncü, ən təhlükəli zamanında yerkökündən istifadə edərək tamamilə sağaldığı barəsində yazıb: “Məndə yoğun bağırsaqda xərçəngin üçüncü mərhələsi idi. Lakin mən kimyaterapiyadan imtina etdim. Çünki ərim ağciyər xərçəngindən 2005-ci ildə kimyaterapiya başlananda ölmüşdü. Digər tərəfdən isə mən xəstəxanada ölmək istəmirdim, üstəlik özümü yaxşı hiss edirdim. Lakin altı aydan sonra xərçəng ağciyərlərimə də yayıldı və onun dördüncü – ən yüksək mərhələdə olduğu təsdiq edildi. Məlumdur ki, kökün tərkibində xərçəng şişlərinin inkişafının qarşısını alan karotin maddəsi var. Həmin vaxt əlimə bir yazı keçdi. Orada dəri xərçəngi diaqnozu qoyulmuş bir kişinin gündə təxminən iki litr artıq kök şirəsi içməklə özünü müalicə etdiyi bildirilirdi. Qərara gəldim ki, bu, mənim şansımdır”.

E.Kameron yerkökü şirəsini içməyə başlayandan sonra səkkizinci həftədə orqanizmindəki şişin inkişafının dayandığını deyib. Dörd aydan sonra isə şiş kiçilməyə başlayıb və onun ağciyərləri xərçəngdən təmizlənib. Səkkiz aydan sonra isə həkimlər xərçəngin tamamilə yoxa çıxdığını bildiriblər. Bunu bir neçə klinikanın müayinəsi də təsdiqləyib.

Tanınmış həkim, təbii üsullarla müalicə eksperti Seyfəddin Əsəd “Yeni Müsavat”a açıqlmasında bildirdi ki, orqanizm üçün kifayət qədər faydalı olmasına baxmayaraq, heç bir meyvə və tərəvəz xərçəng xəstəliyini tamamilə sağalda bilməz: “Yerkökünün tərkibində karotin var. Amma balqabaqda bu maddə yerkökündən 5 dəfə çoxdur. Onun içərisinə zeytun yağı artırılarsa “S” vitamini “A” vitamininə çevrilir. Bunun da orqanizmə çoxlu sayda faydası var. Həm balqabağın, həm də yerkökünün tərkibi “S” vitamini ilə zəngin olduğundan şiş xəstəliyinin qarşısnı almaq üçün faydalıdır. Lakin şiş xəstəlilərini tamamilə sağaldan bitki yoxdur”.

Seyfəddin Əsəd xərçəng xəstəliklərinin qarşısını alan digər faydalı bitki və meyvələrdən də danışıb: “Dərmanla deyil, təbii şəkildə yetişdirilən pomidordan çox istifadə kişilərdə tez-tez rast gəlinən prostat vəzinin xərçənginə yoluxmaq riskini xeyli azaldır. Bundan başqa şiş xərçənginin qarşısını alan faydalı meyvələr də var. Məsələn, qoz, fındıq, püstə, noxud və s… Bu siyahıda ərik tumunun da adını çəkə bilərəm. Ümumiyyətlə, ərik tumu qiymətli maddələr mənbəyidir. Buna görə də çalışmaq lazımdır ki, meyvə-tərəvəzlərdən çox istifadə edilsin. Beləliklə müxtəlif xəstəliklərin qarşısını almış oluruq”.

Qeyd edək ki, bundan öncə də yerkökünün tərkibində olan beta-karotin adlı maddənin ağciyər xərçənginin qarşısını almaqda yardımçı olması barədə araşdırmalar var idi. Məlum olub ki, yerkökündən çox istifadə bağırsaq xərçəngi riskini 24 faiz azaldır.

Mütəxəssislər bildirirlər ki, ürək xəstəliklərindən əziyyət çəkən insanlar yerkökü bitkisindən çox istifadə etməlidirlər. Belə ki, bu bitki infarkt riskini də azaldır. Davamlı yerkökü yemək saçları, dırnaqları və dərini gücləndirir, orqanizmi infeksiyalara qarşı daha dözümlü edir, cinsi fəallığı artırır və görmə qabiliyyətini gücləndirir.

BIR ŞƏRH BURAXIN

Please enter your comment!
Please enter your name here