1.Yemişan. Yemişanın başqa mədəniyyətlərdən fərqi, onun tərkibində əhəmiyyətli miqdarda təbii antioksidləşdiricilərin mövcudluğudur. Giləmeyvələr hüceyrələrin ölməsinə və orqanizmin sürətli qocalmasına mane olur. 2.Alma. Xüsusilə tərkibində xeyli miqdarda C, B1, B2, P, E vitamini, manqan və kalium olan qırmızı və yaşıl alma faydalı sayılır. Alma qabığı da çox xeyirlidir. O qandan artıq xolesterini çıxarır və ürək xəstəliklərindən qoruyur. Alimlər aşkar ediblər ki, həftədə 5 və ya daha çox alma yeyən insanların ağciyərləri daha yaxşı işləyir. 3.Banan. Bu meyvə kaliumla zəngindir, arterial təzyiqi, insultun inkişafı riskini azaltmağa və mədədə olan problemlərdən qurtulmağa kömək edir, həmçinin enerji verir və metabolizmi yaxşılaşdırır. 4.Böyürtkən. Büzüşdürücü və dadlı giləmeyvə antioksidləşdirici xüsusiyyətlərinə görə məşhurdur. Kişilərdə xərçəngin inkişafı riskini azaltmağa və testosteronun istehsalına kömək edir. Həmçinin böyürtkən gözlərimizin sağlamlığına da kömək edir. 5.Qaragilə. Bir sıra tədqiqatların nəticəsində məlum olub ki qaragilənin tərkibindəki flavonoidlər yaddaşı yaxşılaşdırır və beyinin qocalmasını 2.5 il ləngidir. Bundan başqa zərif giləmeyvə manqanla zəngindir ki, o maddələr mübadiləsində mühüm rol oynayır, sizə boy-buxunluluğu və əla fiziki formanı saxlamağa kömək edir və gözlərinizə müsbət təsir edir. 6.Albalı. Tərkibində olan atnioksidant antosian orqanizmin damar sisteminin iltihabını və xolesterinin səviyyəsini azaltmağa kömək edir. Albalı əzələ ağrısını azaldır və yorğunluğu yüngülləşdirir. 7.Limon. Limon C vitamini və sellülozla zəngindir. Təzə limon günəş şüalarının neqativ təsiri ilə mübarizə aparmağa kömək edir və hətta piqment ləkələrinin yaranmasının qarşısını alır. Limon turşusu piyləri parçalayır və həzm şirəsini stimullaşdırır. Sitrusun ətiri rahatlamağa kömək edir, yorğunluğu, həyəcanı və əsəbiliyi azaldır. 8.Mərcanı. Yeni tədqiqatların nəticələrinə əsasən, bu giləmeyvə cinsi zonada infeksiyaların yaranmasının qarşısını alır və orqanizmə yumurtalıqların xərçəngi kimi təhlükəli xəstəliklər ilə mübarizə aparmağa kömək edir. 9.Üzüm. Şirin giləmeyvə — güclü antioksidləşdiricidir, ürək xəstəliklərə və dərinin qocalmasına qarşı yaxşı vasitədir. Qara üzümün tərkibində dişlərdə ərpin və ləkələrin öhdəsindən gələn xüsusi turşu var. 10.Kivi. Kivi ilk olaraq üz dərisinin elastikliyinə səbəb olur. Bundan başqa kivi həzmdə yaranan bir çox problemlərin öhdəsindən gəlməyə kömək edir. 11.Nar. Bir sıra tədqiqatların nəticəsində nar şirəsi şərabı belə ötərək ən yaxşı antioksidləşdirici içki hesab edilib. Narı kişilərin gündəlik rasionuna daxil etmək lazımdır, çünki o ereksiyanı yaxşılaşdırır.

BIR ŞƏRH BURAXIN

Please enter your comment!
Please enter your name here