Ümumdünya səhiyyə təşkilatı gündəlik həyatında şəkərdən müntəzəm istifadə edənlərə xəbərdarlıq edib. Gün ərzində 50 qram şəkər insanlarda şişmanlığa və dişlərin sıradan çıxmasına səbəb ola bilər.
50 qram şəkər təxminən 12 çay qaşığı qədərdi. Əlbəttə, 12 çay qaşığı şəkər tozu səhərlər şirinçay içənlərə çox gələ bilər, amma özümüz də bilmədən digər qida məhsulları tərkibində 50 qramdan da çox şəkər istehlak edirik. Bu səbəbdən də hər bir insan mümkün qədər tərkibində qlükoza, fruktoza, şəkər tozu olan qida məhsulları və içkilərdən uzaq durmalıdır. Statistikaya əsasən insanlar şəkəri daha çox mağazalardan aldığı sərinləşdirici içkilərin tərkibində qəbul edir. Bunun nəticəsi isə daha çox Cənubi Amerikada göz qabağındadır. Təkcə Meksikada gündəlik ən çox istifadə olunan qida məhsulu kimyəvi tərkibli içkilərdir, təsadüfi deyil ki, meksikalılar dünyanın ən şişman xalqıdır.
Ümumdünya səhiyyə təşkilatının araşdırmalarından belə məlum olur ki, dünyanın əksər hissəsində insanlar tələb olunan 10 faizlik göstəricidən daha çox şəkər qəbul edir. Macarıstan , Norveç kimi ölkələrdə insanlar daha şəkərsiz məhsullara üstünlük verir. Ən dəhşətli vəziyyət isə Portuqaliyadadır. Burda uşaqlar arasında gündəlik şəkər istehlakı 25 faizdən yüksəkdir. Bu azyaşlıların gələcəkdə müxtəlif xəstəliklərə yoluxmasına da yaşıl işıq yandırır.
Atv.az