“Çiçək tozunu arı öz balası üçün yığır. Arı balası bununla mayalanır. Arı hansı gülə qonursa orada ayağına çiçəyin tozu yapışır və bir arı bir uçuşunda minlərlə gülə qonur. Bu zaman  bir arının ayağında minlərlə çiçək tozunun qarışığı yaranır. Biz bunu yığmaq üçün arı yeşiyinin içinə girişdən tor qoyuruq və arı ora qonduqda ayağındakı toz ora tökülür. Sonra biz onu həmin torun altından toplayırıq”.

“Çiçək tozunun 100 qramını bir kiloqram bala qarışdırıb məhlul hazırlamaq lazımdır. Bunun üçün çiçək tozunu tamamilə toz halına düşüncə əzmək lazımdır. Bundan sonra bal ilə qarışdırıb hər gün ac qarına 1 qaşığını dilin üstünə qoymaq lazımdır”. 

“Arı çiçək tozunu gətirəndə onu şana yığır. Daha sonra həmin toza 20-dən çox ferment əlavə edib xüsusi bir məhlul yaradır. Bu, çiçək tozundan daha zəngin sayılır və qiymətlidir”. 

BIR ŞƏRH BURAXIN

Please enter your comment!
Please enter your name here