Dadı ilə çaya, salatlara dad verdiyimiz, turş və bir az da ləzzətli dadı olan limon, turşulu bir meyvə olduğu üçün bədənin və dərinin gözəlləşdirilməsi üçün də tez-tez istifadə olunur. Uzun illərdir dəri gözəlliyində əvəzolunmaz rola malik olan limonun dərini genişləndirən və ləkələri aparan xüsusiyyətləri var. Bundan başqa limon sıxlaşdırıcı təsir göstərdiyi üçün anti-aging yəni qocalma əlehinə olan xüsusiyyətə də malikdir. Qırışların qarşısını almaq üçün təbii formul axtarırsınız? Əgər belədirsə limondan daha təbii və doğru bir vasitə ola bilməz. Eyni zamanda dəridəki rəng pozğunluğunu tarazlamaq üçün də limon çox faydalıdır.

Limonun dəri üçün faydaları:

C vitamini ilə çox zəngin meyvə olan limon, tərkibindəki vitaminlər ilə dərində gərilmə yaradaraq dərini daha dolğun göstərir. Beləcə qocalmanın izlərini də mümkün olduğu qədər gecikdirir. Limon dəridəki yara və yanıqları daha tez sağaldır. Ancaq limonu birbaşa dəriyə sürtmək doğru deyil. Az miqdarda su qatılaraq istifadəsi daha məqsədəuyğundur. Turşulu meyvə olan limon dəridə parlaqlıq və bərklik yaradır.

Limonun dəriyə zərəri:

Limonun tərkibində turşunun olduğu yuxarıda göstərilib. Bu səbəbdən limonun xüsusiylə həssas dəridə istifadəsinə mütləq diqqətlə yanaşılmalıdır. Limondan faydalanmaq istəyirsinizsə limonun dərinizlə birbaşa təmasının qarşısını almalısınız. Limon dilimlərini dərinizə sürtməyin. Onun əvəzinə bir az limon suyu, gül suyu və qazlı suyu qarışdıraraq dərinizə sürtə bilərsiniz.

BIR ŞƏRH BURAXIN

Please enter your comment!
Please enter your name here