VARİKOZ NƏDİR?

Varikoz venalar (varislər); Şiş, tünd rəngli və düz olacağı yerdə çoxlu qıvrım, qırçınlı anormal dərəcədə genişlənmiş venlardır. Dərin (əzələlər içində olan) venlardan əlavə dərində olmayan (elə dərinin altında) venlarda daha çox rastlanırlar. Varikoz venalar adətən baldır və budun arxa hissələrində olur.

VARİKOZUN YARANMA SƏBvarikoz 1ƏBLƏRİ

Venlarda artmış qan təzyiqi (qanın geri dönüşünü çətinləşdirən hadisələr)
Vena içindəki qapağın zədələnməsi və ya çatışmamazlığı: Qapaqlar, xüsusilə oksigeni az olan qanın ayaqlardan ürəyə doğru yerçəkimi qüvvəsi təsirinə qarşı qan axınının təmin edilməsindən cavabdehdir və xüsusən venaların qan axınını düzgün istiqamətdə davam etdirmələri üçün əhəmiyyətlidir. Bu sayədə venalar içindəki qan, hər zaman tək istiqamətli (qəlbə doğru) axır. Normalda qanın geriyə qayıtmasının qarşısını almaq üçün qapaqlar bağlanırlar. Sızdıran və ya zədələnmiş qapaqlar qanın geri qayıtması ilə ayaqlarda yığılmasına səbəb olur, bu da şişlik və varislərlə nəticələnir. Qapaqlara olan zədə qan laxtası, kongenital bir pozuntu (doğuşdan etibarən var olan qüsur) və ya xroniki venoz çatışmazlıq səbəbindən olmuş ola bilər.

VARİKOZ ÜÇÜN RİSK AMİLLƏRİ

-Anadangəlmə zəif ayaq vena qapaqları
-İrəli yaş
-Ailədə varis olması
-Dərin vena trombozu keçmişi
-Hamiləlik, xüsusən ilk və son 3 ay ərzində
-Köklük
-Qarın içi şişlər
-Sabit mövqedə uzun müddətli ayaq üstə durma
-Varislər əlli yaş üzərindəki insanların yarısına təsir göstərir. Bu vəziyyət qadınlarda daha geniş yayılmışdır. Varikoz venalar əsasən ayaqlarda olmasına baxmayaraq, makat dairəsində də ola bilər (babasil), hamilə qadının xarici genital orqanlarında və ya kişinin testis ətrafında da (varikosel) ola bilər.

VARİKOZUN ŞİKAYƏT VƏ ƏLAMƏTLƏRİvarikoz skleroterapi

-Dəri səthinin dərhal altında tünd mavi rəngli, qıvrımlı venalar
-Dəri üzərində hörümçək toruna bənzəyən bir qrup incə, bənövşəyi rəngli xətlər (spider -hörümcək- venalar)
– Ayaqlarda ağırlıq və ağrı hissi
-Varisli venanın ətrafında yanma, atma və ya qaşıntı
-Xüsusilə ayaq topuqları ətrafında, alt ayaqlarda şişlik
Əgər təsirlənən ayaq bir qəzaya məruz qalmışsa (məs. Yıxılmaq və ya digər bir qəza səbəbiylə), xroniki venoz çatışmazlıq və onun ağırlaşması olan ayaq xorası (staz xora) inkişaf edə bilər. Ayaq xorası ayağın alt hissəsində açıq yaradır, əsasən kiçik, dəriyə yaxın və ortaya çıxan sinir uclarına görə olduqca ağrılıdır.

Hörümçək (spider) varislər. Bunlar daha incə venlardakı varislərdir.

Ayaq xorası adətən ayaq topuğu yaxınlığında, dəriyə olan zəif qan dövranı səbəbindən ortaya çıxır. Təxirəsalınmaz tibbi qayğı tələb edir. Əgər müalicə edilmədən buraxılsa, nəticədə tam olaraq müalicə edilməz hala gələ bilər. Əgər infeksiyaya yoluxsa və xəstəlik gangrene qədər gəlib çıxa bilər və təsirlənən ayağın amputasiyası ilə (kəsilməsi) nəticələnə bilər.

BIR ŞƏRH BURAXIN

Please enter your comment!
Please enter your name here