Ağrı kəsicilərdən düzgün istifadə edin: Başımız ağrıyanda dərhal bir ağrı kəsici dərman qəbul edirik.  Əgər bu ağrı bir migren ağrısıdırsa və ayda ortalama 4-5 ədəddən çox ağrı kəsici qəbul olunursa, migren ağrıları zamanla daha da şiddətlənir və hücum sıxlığı artırır.

Çünki ağrı kəsicilərdən tez-tez istifadə edildikdə beyindəki ağrı mərkəzlərinin həssaslığı artır. Belə olan halda ilk nevrologiya mütəxəssisinə müraciət  etmək lazımdır. Əgər migren diaqnozu qoyularsa, ağrı kəsici dərmanlarınızı yalnız həkim məsləhətinə görə istifadə edin.

Migren gündəliyi tutun: Gündəliyə hər gün nizamlı olaraq nə yeyib içtiyinizi, qorxu və stress kimi qıcıqlandırıcı faktorlara məruz qalıb, qalmadığınızı, neçə saat yuxu yatdığınızı və hansı idmanı nə qədər müddətə etdiyinizi qeyd edin.

Ayrıca ağrının sıxlığı, müddəti, yeri, xarakteri kimi məlumatlarla yanaşı istifadə etdiiniz dərmanları da yazın. Bu nizamlı qeydlər sayəsində həm ağrınızı tətikləyən faktorları daha yaxşı tanıyacaq, həm də müalicənizin effektli olmasında özünüzə kömək etmiş olacaqsınız.

Yuxu nizamınızı dəyişdirməyin. Məsələn bəzi insanlar yuxusuz qalanda, bəziləri isə tam əksinə çox yatdıqlarında migren hücumuna məruz qalırlar.

İdman edin və yemək saatlarına diqqət edin. Nizamlılığı pozmamağa çalışın.  Rəqs, meditasiya edin. Spirtli içkilərdən eyni zamanda kofe və qara çaydan uzaq durun.

BIR ŞƏRH BURAXIN

Please enter your comment!
Please enter your name here